“Tesla Model 3” cəmi 1 ilə ABŞ-da ən çox satılan elektromobil oldu

  • 13 Mart, 2019 15:34
“Tesla Model 3” cəmi 1 ilə ABŞ-da ən çox satılan elektromobil oldu

Ötən ay ərzində ABŞ bazarında 17 239 elektikli avtomobil satılıb ki, bu da bir il əvvəlki göstəricidən 3,5% çoxdur.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, feval ayının əsas hadisəsi isə “Tesla Model 3”ün ABŞ-da bütün dövrlərin ən çox satılan elektromobili adını qazanması olub.

Satış həcminə görə “Model 3” uzun illər bazarın lideri olan “Chevrolet Volt”u geridə qoyub. Belə ki, indiyə kimi “Tesla”nın avtomobilindən 153 796 ədəd, Volt-dan 153 343 ədəd satılıb.

Əsas məqam ondan ibarətdir ki, hazırda istehsalı dayandırılan "Volt" səkkiz il ərzində satılıb, “Model 3” isə rekordu cəmi 1 ilə təzələyə bilib.