“Tesla” mayda əsas rəqiblərindən 3 dəfə çox elektromobil satıb

  • 7 İyun, 2019 14:19
“Tesla” mayda əsas rəqiblərindən 3 dəfə çox elektromobil satıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti mayda 11 300 elektrikli avtomobil satıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Volkswagen AG”, “Audi”, “BMW”, “General Motors” və “Nissan”ın eyni dövr üçün toplam satışlarından 2,6 dəfə çoxdu.

İllik ifadədə “Audi e-tron quattro”, “BMW i3”, “Jaguar I-Pace”, “Chevrolet Bolt EV” və “Nissan Leaf”in satışları toplam olaraq 39% artıbsa, “Tesla”nın 3 məhsulunun satışları 73% artım nümayiş etdirib.