“Tesla” istiqrazları üzrə tarixinin ən böyük ödənişini edib

  • 2 Mart, 2019 13:45
“Tesla” istiqrazları üzrə tarixinin ən böyük ödənişini edib

ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” öz istiqrazları üzrə tarixində ən böyük ödəməni həyata keçirib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət öz istiqrazları üzrə 920 milyon ABŞ dolları həcmində ödəniş edib ki, bu da onun cəmi pul ehtiyyatlarının təxminən ¼ hissəsini təşkil edib.

Beş il əvvəl buraxılan həmin istiqrazlar “Tesla”nın səhmləri 359,87 dollar həcminə çatacağı təqdirdə səhmlərə dəyişdirilə bilərdi.