"Tencent" və "BMW" birgə çalışacaq

  • 19 İyul, 2019 15:28

Dünyanın ən dəyərli şirkətləri siyahısında sürətlə yüksələn "Tencent" və Almaniyanın avtomobil nəhəngi "BMW" əməkdaşlıq qurur.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ortaq fəaliyyət avtonom (öz-özünə idarə olunan) avtomobillərin istehsalı ilə bağlıdır. İki şirkət ortaq fəaliyyətə "BMW Group Çin Yüksək Performans D3 Platforması" adı verdiyi layihə ilə başlayır. Layihə üzrə əməliyyatların icrasına isə bu ilin sonuna qədər başlanılması qərarı verilib.

Həmçinin "Tencent" bulud əsaslı ən böyük infrastrukturlardan biri üzərində çalışır.