“Tencent” şirkəti “Facebook”u keçdi - Kapitallaşmaya görə

  • 28 iyul, 2020 10:55
“Tencent” şirkəti “Facebook”u keçdi - Kapitallaşmaya görə

Asiyanın ən iri internet nəhəngi “Tencent” bazar kapitallaşmasının həcminə görə “Facebook”u keçib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu göstəriciyə görə dünya üzrə yedinci yerə yüksəlib.

Qeyd edilir ki, Çin holdinqinin bazar dəyəri 670 milyard ABŞ dollarına çatıb. ABŞ şirkətində isə bu göstərici 657,83 milyard dollar olub.

“Tencent” 1998-ci ildə təsis edilib. Onun fəaliyyət sahələrinə oyun tətbiqlərinin hazırlanması və satışı, sosial şəbəkələr, musuqi və veb portallar, elektron kommersiya vasitələri, bulud texnologiyalı məlumat bazaları və sair aiddir.