TAP-ın 85 faizi qazla doldurulub

  • 31 İyul, 2020 10:55
TAP-ın 85 faizi qazla doldurulub

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) təxminən 85 faizi qazla doldurulub.

“Finans.az” xəbər verir ki, bu barədə TAP səhmdarlarından biri olan “Enagas” (İspaniya) şirkətinə istinadən məlumat verir.

Məlumata əsasən infrastrukturun istifadəyə verilməsi ilə bağlı işlər plana uyğun davam edir:

“Boru kəmərinin Yunanıstan və Albaniya daxil olmaqla təxminən 750 kilometrlik hissəsi və ya 85 faizi qazla doldurulub”.


Mənbə: az.trend.az