Taksilərdə reklam yerləşdirmə üzrə startap 30 milyon dollar cəlb etdi

  • 31 May, 2019 14:24
Taksilərdə reklam yerləşdirmə üzrə startap 30 milyon dollar cəlb etdi

ABŞ-ın “Firefly” startapı növbəti maliyyələşmə raundu çərçivəsində 30 milyon ABŞ dolları cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu raunda GV (keşmiş Google Ventures) şirkəti başçılıq edib.

Startap bu vəsaitləri biznesin miqyasını genişləndirməyə, həmçinin “Strong Outdoor” şirkətindən rəqəmsal kontentin alınmasına xərcləyəcək.

“Firefly” qeyd edir ki, avtomobillərin üzərində reklam banerlərinin yerləşdirilməsi “Uber” və “Lyft” sürücülərinə ayda əlavə 300 dollar qazanmağa imkan verir.