Sumqayıtın yubiley tədbiri 3 milyon manata başa gələcək

  • 12 Sentyabr, 2019 18:01
Sumqayıtın yubiley tədbiri 3 milyon manata başa gələcək

Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhərin 70 illik yubileyinin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Finans.az” xəbər verir ki, tenderin qalibi “Ximekspress 2000” firması olub.

Qalib firmaya 2 984 600 manat ödəniləcək.

Xatırladaq ki, Sumqayıta şəhər statusu 1949-cu il noyabrın 22-də verilib.


Mənbə: report.az