Sumqayıtın bəzi ərazilərində su kəsiləcək

  • 23 Sentyabr, 2020 09:49
Sumqayıtın bəzi ərazilərində su kəsiləcək

Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Finans.az”a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.