Sumqayıt şəhərində, Şamaxı və Ağstafa rayonlarında qaz kəsiləcək

  • 11 Sentyabr, 2019 14:42
Sumqayıt şəhərində, Şamaxı və Ağstafa rayonlarında qaz kəsiləcək

Bu gün saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata əsasən buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılmasıdır.