Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən birinin direktoru dəyişib

  • 24 Oktyabr, 2020 14:55
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən birinin direktoru dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Sumplust" MMC-nin direktoru Əli Məmmədov vəzifəsini tərk edib.

"Finans.az" xəbər verir ki, şirkətə rəhbərlik Türkiyə vətəndaşı Nasir Kemal Mustafaoğluna həvalə olunub.

Xatırladaq ki, "Sumplust" 2017-ci ildə yaradılıb. Şirkət Almaniya texnologiyası əsasında polimerdən kisə və torbalar istehsal edir.


Mənbə: report.az