Bakı-Sumqayıt qatarında problem: Qatar yola düşmədi

  • 11 Fevral, 2019 09:12
Bakı-Sumqayıt qatarında problem: Qatar yola düşmədi

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.

"Finans.az" xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb.

Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib.

08:48-də sərnişinlər başqa qatarla Bakıda yola salınıb.


Mənbə: report.az