Süd məhsullarının qiyməti artacaq - Rusiyada

  • 2 Aprel, 2020 13:02
Süd məhsullarının qiyməti artacaq - Rusiyada

Yaxın 2-3 ayda Rusiyada süd məhsullarının qiyməti 7-12 faiz artacaq. Bu barədə Moskva Ticarət və Sənaye Palatasının aqrosənaye kompleksində sahibkarlığın inkişafı üzrə komitə rəhbərinin müavini Marina Petrova məlumat verib.

“Finans.az” xəbər verir ki, komitə rəhbərinin müavini süd məhsullarının qeyri-bərabər şəkildə bahalaşacağını, məzənnə dəyişikliyinin istehsalın idxaldan asılı komponentlərinin qiymətinə təsirinə uyğun artıracağını bildirib.

Məlumatda qeyd edilir ki, Rusiyanın süd məhsulları bazarındakı vəziyyət vətəndaşların gəlirlərinin dəyişməsindən, karantin müddəti və dünya bazarında qiymət siyasətinin sonrakı düzənindən də asılı olacaq.

Ayna Fərhad


Mənbə: lenta.ru