STAR neft emalı zavodunun istifadəyə veriləcəyi tarix açıqlandı

  • 12 Oktyabr, 2018 13:57
STAR neft emalı zavodunun istifadəyə veriləcəyi tarix açıqlandı

Türkiyədə özəl sektora ən böyük investisiyalardan sayılan və tərkibində 20 fabriki birləşdirən STAR neft emalı zavodu 19 oktyabrda istifadəyə veriləcək.

"Finans.az" bu barədə türk mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

Bu ilin avqust ayında STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.Fəaliyyətə başlama ərəfəsində olan zavodda sınaq məqsədi ilə bu neftin emalı həyata keçirilir.