“Standard Insurance” nizamnamə kapitalını artırıb

  • 16 Oktyabr, 2019 15:07
“Standard Insurance” nizamnamə kapitalını artırıb

“Standard Insurance” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 1,6 milyon manat və yaxud 14,55% artıraraq 11 milyon manatdan 12,6 milyon manata çatdırıb.

"Finans.az" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 16 min ədəd yeni səhm buraxılıb. Qiymətli kağızları sığortaçının daxil olduğu, yeganə səhmdarı “AB Standard” QSC əldə edib.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb.


Mənbə: report.az