Sosial sığorta üzrə ödənişlər 50 manata qalxacaq - RƏY

  • 27 İyun, 2019 10:02
Sosial sığorta üzrə ödənişlər 50 manata qalxacaq - RƏY

"Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılmasından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur".

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov rəsmi "facebook" hesabında yazıb. Ekspertin sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var.

İqtisadçı-ekspert Vüqar Bayramov

Sosial sığorta üzrə aylıq ödəniş məbləği sabit olaraq 35 manat müəyyənləşdirilsin.


"Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlərin 50 manata yüksələcəyini deyə bilərik. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əmək haqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq" - deyə, eksperet fikrini tamamlayıb.