"Sony" 6 kameralı smartfon buraxacaq

  • 11 İyun, 2019 12:09

Böyük texnologiya şirkəti "Sony" 6 kameralı smartfon buraxacaq.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Sony" arxa hissəsində 6 kamera yerləşdirilmiş yeni model "Xpera" buraxa bilər. Qeyd edək ki, sözügedən modelin prototip görüntüləri də yayılıb.

Sony 6 kameralı telefon çıkartmayı planlıyor! - ShiftDelete.Net

Smartfonun ön tərəfində isə 2 kameranın olacağı gözlənilir ki, bunlardan biri foto, digəri isə video çəkilişləri üçün istifadə oluna bilər.

Qeyd edək ki, hazırda ən çox kameraya sahib smartfon "Nokia"nın flaqman modeli "Nokia 9 PureView"dur.