"SoftBank" startaplara yatırım edən fondu maliyyələşdirəcək

  • 18 Fevral, 2019 17:17

Yaponiya şirkəti "SoftBank Group" "Mubadala Investment" şirkətinin yeni qurulmuş fondunu maliyyələşdirərək onu nağd pul ilə təmin edəcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Mubadala" Birləşmiş Ərəb Əmirliliklərinin dövlət əsaslı investisiya şirkətidir və sözügedən şirkət tərəfindən yaradılan fond Avropadakı startaplara yatırımlar edəcək.

Məlumata əsasən, fondun büdcəsi 400 milyon dollar təşkil edəcək. "SoftBank" isə büdcənin yarısını təmin edəcək. Fond startaplara 5-30 milyon dollar çərçivəsində yatırımlar edəcək.

Qeyd edək ki, "Mubadala" investisiya şirkəti "SoftBank"a məxsus "Vision Fund"-ın böyük investorlarından biridir.