SOCAR Ukraynanın üçüncü ən böyük benzin idxalçısı olub

  • 12 Avqust, 2020 13:01
SOCAR Ukraynanın üçüncü ən böyük benzin idxalçısı olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Ukraine” bu ilin iyul ayında 6,2 min ton həcmində avtomobil benzini idxal edib.

“Finans.az” xəbər verir ki, bu həcm iyun ayı ilə müqayisədə 1,3% artıqdır.

İyul ayı üzrə avtomobil benzini idxalı həcminə görə, SOCAR Ukraynanın üçüncü ən böyük benzin idxalçısı olub. SOCAR Belarusdan benzin idxalını 65%, 1,4 min tonadək, Litvadan isə 12%, 3,9 min ton tonadək artırıb.


Mənbə: report.az