SOCAR Ukrayna Agentliyi üçün A-92 benzini tədarük edəcək

  • 3 İyul, 2019 16:32
SOCAR Ukrayna Agentliyi üçün A-92 benzini tədarük edəcək

Ukraynanın Dövlət Ehtiyat Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətini uzun müddət (3 il) saxlamaq üçün 3,5 min ton həcmində A-92 markalı benzinin tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi seçib.

“Finans.az” xəbər verir ki, bu barədə “ProZorro” ticarət sisteminin məlumatında dərc edilib.

Tender sənədləşməsində SOCAR üç istehsalçını – Kremençuq, Şebelinsk və Mozır neft emalı zavodlarının adlarını qeyd edib.

Hərracda şirkət bir ton benzin üçün 34 349 qrivna qiyməti ilə qalib gəlib. Onun bu hərracda yeganə rəqibi “Treyd Kommodiyi” şirkətinə daxil olan “Qazstrim” şirkəti olub. Bu şirkət həmin məhsulu 34 350 qrivna/ton qiymətinə təklif edib.


Mənbə: report.az