SOCAR: Türkiyəyə ixrac edilən təbii qazın həcmi 27%-ə qədər artırıla bilər

  • 8 Fevral, 2019 17:48
SOCAR: Türkiyəyə ixrac edilən təbii qazın həcmi 27%-ə qədər artırıla bilər

Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər.

"Finans.az" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatının sürətli yüksəlişi fonunda ilk növbədə ölkəmizin artan qaz tələbatının təmin edilməsi üçün daha da böyük həcmdə təbii qaz yönləndiriləcək: “Bununla yanaşı izafi qalan təbii qazın ixracında da ciddi artım nəzərdə tutulur”.


Mənbə: report.az