“SOCAR Turkey”nin aktivləri 57% artıb

  • 29 May, 2019 15:02
“SOCAR Turkey”nin aktivləri 57% artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin bu il yanvarın 1-ə aktivləri 58,6% artaraq 36,065mlrd. Türkiyə lirəsi (TRY) olub.

“Finans.az” xəbər verir ki, bu barədə şirkətin ötən ilki hesabatında məlumat verilib..

Şirkətin 2018-ci ildə ümumi satışları 2017-ci illə müqayisədə 32% artaraq 13,811 mlrd. TRY təşkil edib.


Mənbə: report.az