SOCAR telefon dələduzlarına qarşı xəbərdarlıq edib - Ukraynada

  • 7 Noyabr, 2018 11:35
SOCAR telefon dələduzlarına qarşı xəbərdarlıq edib - Ukraynada

“SOCAR Ukraine” şirkəti üçüncü şəxslərin şəbəkənin işçiləri kimi özlərini təqdim edərək vitrində olan dəyərindən ucuz qiymətə yanacaq almağı təklif etmələri ilə bağlı halların artması barədə xəbərdarlıq edib.

“Finans.az” xəbər veir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verir. “SOCAR Ukraine” yanacağa görə ödənişi yalnız Avtomobil Yanacaqdoldurma Kompleksinin kassalarında həyata keçirdiyini, heç vaxt telefonla alış təklif etmədiyini və pul əməliyyatları aparılmadığını xatırladıb.

Qeyd edək ki, Avtomobil Yanacaqdoldurma Stansiyaları şəbəkələri “WOG” və “OKKO” onların müştərilərinə naməlum şəxslər tərəfindən endirimlə yanacaq talonları almaq təklifləri ilə bağlı gələn telefon zənglərinin artması barədə xəbər veriblər.

Ötən ilin yayında Ukraynanın sıxılmış təbii qaz (STQ) bazarında dələduzluq hallarının atması müşahidə olunub. Dələduzlar tanınmış treyderlərin adları ilə özlərini təqdim edərək STQ-ni ilkin ödəniş etmək şərti ilə aşağı qiymətlərlə təklif ediblər. Ehtiyatın tədarükü isə məlum məsələdir ki, həyata keçirilmirdi.

“SOCAR Ukraine” Ticarət evi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə nümayəndəliyi olan SOCAR şirkətlər qrupuna daxildir və neft məhsullarının topdan və pərakəndə satışı istiqamətini inkişaf etdirir. 2017-ci ildən təbii qaz bazarına çıxıb.