“SOCAR Polymer” doqquz ayda 64 mln. dollara yaxın məhsul ixrac edib

  • 30 Oktyabr, 2019 13:49
“SOCAR Polymer” doqquz ayda 64 mln. dollara yaxın məhsul ixrac edib

Bu ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Polymer” MMC 63,7 mln. dollar dəyərində məhsul ixrac edib.

"Finans.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin oktyabr sayında göstərilib.

Hesabat dövründə “SOCAR Polymer” qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinqində ikinci sırada qərarlaşıb.

Bu ilin 9 ayı ərzində 53,6 mln. dollar dəyərində ilkin formalı polipropilen ixrac edilib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 0,6 mln. dollar təşkil edib. Bu ilin ixracının 6,2 mln. dolları sentyabr ayının payına düşüb. Ötən ilin sentyabr ayında 0,1 mln. dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.