SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

  • 28 İyul, 2020 14:44
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2035-ci ilə qədər dövrü əhatə edəcək yeni strateji inkişaf planının hazırlanması bu ilin payız mövsümünə qədər tamamlana bilər.

“Finans.az”ın məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.

Onun sözlərinə görə, yeni strateji inkişaf planının hazırlanmasını "McKinsey" şirkəti həyata keçirir: “Sənədin hazırlanması yekunlaşdırılma mərhələsindədir. Yəqin ki, sentyabra qədər tamamlanacaq”

O bildirib ki, neft-qaz sahəsində yer alan dəyişikliklər və zamanın yeni tələbləri enerji şirkətlərinin qabağında yeni məqsədlər qoyur: “SOCAR da yeni inkişaf strategiyası çərçivəsində kimya, kəşfiyyat, hasilat və rəqəmsal texnologiyalar və süni intellekt sahələrində işləmələrini daha da dərinləşdirəcək və inkişaf etdirəcək”.


Mənbə: report.az