SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb

  • 16 Yanvar, 2020 13:52
SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təqribən, 2,2 mln. ton neft emalı və neft-kimya məhsulları ixrac edib.

“Finans.az” xəbər verir ki, SOCAR-ın ötən il üzrə hesabatına əsasən bu da əvvəlki illə müqayisədə təqribən 22% artım deməkdir.

Bildirilib ki, neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Eyni zamanda, 2019-cu il ərzində SOCAR tərəfindən 21,1 mln. ton xam neft ixrac olunub.

Qeyd edək ki, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.


Mənbə: report.az