SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri həyata keçirilib

  • 18 yanvar, 2021 15:01
SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri həyata keçirilib

Bu gün nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə 1-ci faiz ödənişləri həyata keçirilib.

“Finans.az”ın məlumatına görə, bu barədə Milli Depozit Mərkəzinin (MDM) açıqlamasında deyilir.

Qeyd olunub ki, ödənişlərin ümumi məbləği 1,250 mln. dollar təşkil edir.