SOCAR-ın Tresti 27 quyuda qazma işlərini yekunlaşdırıb

  • 24 İyul, 2019 11:54
SOCAR-ın Tresti 27 quyuda qazma işlərini yekunlaşdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti cari ilin 6 ayı ərzində 27 quyuda qazma işlərini başa çatdıraraq mədənçilərə təhvil verib.

“Finans.az” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.

Bildirilib ki, quyuların 48%-i (13 quyu) “Neft Daşları” yatağının payına düşür.