SOCAR-ın Rumıniyada 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir

  • 19 Yanvar, 2021 11:10
SOCAR-ın Rumıniyada 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsini genişləndirməkdə davam edir.

Bu barədə “Finans.az”a SOCAR-dan məlumat verilib.

Məlumata görə, hazırda Rumıniyanın 24 regionunda 61 SOCAR brendli YDM fəaliyyət göstərir. YDM-lərdən elektrik və qazla (LPG) işləyən nəqliyyat vasitələrinin sürücüləri də istifadə edə bilir.

Elektromobillərin enerji ilə təminatı Rumıniya ərazisində ilk dəfə məhz “SOCAR” məntəqələrində həyata keçirilib.