SOCAR-ın neftdən təmizlədiyi ərazi nə qədərdir?

  • 30 Yanvar, 2019 11:19
SOCAR-ın neftdən təmizlədiyi ərazi nə qədərdir?

Son 10 il ərzində SOCAR 1900 hektardan çox ərazidə rekultivasiya işləri aparıb.

Şirkətdən “Finans.az”a verilən məlumata görə, neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbi, “Bibiheybətneft” NQÇİ ərazisindəki bina inşa edilib.

Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən “Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.