SOCAR-dan aztəminatlı ailələrə növbəti yardım

  • 21 Aprel, 2020 12:39
SOCAR-dan aztəminatlı ailələrə növbəti yardım

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) imkansız ailələrə xüsusi bağlamalarda ərzaq yardımı edib.

"Finans.az" xəbər verir ki, bu barədə "REAL TV”nin hazırladığı video-materialda deyilir.

Süjetdə qeyd edilir ki, bir neçə gün öncə sosial vəziyyəti çox acınacaqlı olan bəzi ailələr haqqında görüntülər efirə gedər getməz onlara yardımla bağlı çağırışa ilk reaksiya SOCAR-dan gəlib.

Şirkət aztəminatlı ailələrə yardım kampaniyasını davam etdirir. Müntəzəm olaraq həyata keçirilən yardım aksiyasından ehtiyacı olan hər kəs yararlansın deyə aksiya üçün hər rayon üzrə xüsusi işçi qrupu yaradılıb.



Mənbə: sfera.az