SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

  • 30 İyun, 2020 10:37
SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

2019-cu maliyyə ilində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.

“Finans.az” xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.

Bildirilib ki, bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki “SOCAR Trading” və “SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.


Mənbə: report.az