SOCAR: 2021-ci ildə neftin qiyməti 55-70 dollar ola bilər

  • 14 aprel, 2021 14:17
SOCAR: 2021-ci ildə neftin qiyməti 55-70 dollar ola bilər

Çox güman ki, 2021-ci ildə neftin bir barelinin qiymətləri 55-70 dollar diapazonunda ola bilər.

"Finans.az"ın verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Mənə elə gəlir ki, müxtəlif amillər və əks ağırlıqları nəzərə alaraq, diapazondan qısamüddətli kənarlaşmaların mümkünlüyü ilə neft qiymətlərinin 55 və 70 dollar arasında hərəkəti ən çox ehtimal olunandır", - İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, Bakı vaxtı ilə 13:53 radələrində ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,65% artaraq 1 barelə görə 64,72 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,69% artaraq 61,2 dollar olub.


Mənbə: apa.az