“Skype”da video konfrans iştirakçılarının sayı 2 dəfə genişləndirilir

  • 16 Mart, 2019 10:44
“Skype”da video konfrans iştirakçılarının sayı 2 dəfə genişləndirilir

“Microsoft” korporasiyası “Skype” messencerində video konfrans iştirakçılarının sayını 2 dəfə artıracaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda video konfransa eyni anda 25 istifadəçi qoşula bilir, lakin developerlər artıq messencerin 50 iştirakçının qoşulmasını təmin edəcək yeni versiyasını test edirlər.

Qeyd olunur ki, konfransın bütün iştirakçıları ümumi söhbətə qoşulmaq üçün melodiya və zəngsiz xəbərdarlıq alacaqlar. Dəvət olunan istifadəçilər videozəngə tək əvvəldə deyil istənilən zaman qoşula bilərlər.