Şirkət səhmdarları toplaşır: Torpaq sahəsini satıb qazancını bölüşdürəcəklər

  • 12 İyul, 2019 12:22
Şirkət səhmdarları toplaşır: Torpaq sahəsini satıb qazancını bölüşdürəcəklər

“Transavto EKS” ASC-nin Müşahidə Şurasının 4 iyul 2019-cu il tarixli qərarına əsasən səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 15 avqust 2019-cu il saat 11.00-da baş tutacaq.

Yığıncağın gündəliyi:

1. “Transavto EKS “ASC-nin istifadəsində olan torpaq sahəsinin yeni investor tərəfindən “Transavto EKS” ASC-nin adına özəlləşdirilməsi və sonradan həmin torpaq sahəsinin investora satışı əqdinin şərtlərinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi.

2. Torpağın investora satışı üçün ASC-nin Müşahidə Şurasının qərarının məqbul edilməsi halında bu satışdan “Transavto EKS “ASC-yə qalan mənfəətin dividend şəklində səhmdarlara paylanması məsələsinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi.

Ünvan- Bakı, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3105-ci məhəllə.