Sinqapurda 4 rəqəmsal bank açılacaq

  • 5 Dekabr, 2020 11:38
Sinqapurda 4 rəqəmsal bank açılacaq

Sinqapur hökuməti 2022-ci ildən fəaliyyətə başlayacaq 4 rəqəmsal banka lisenziya verib.

“Finans.az” xəbər verir ki, bu barədə “The Straits Times” nəşri məlumat yayıb.

"Biz bu bankların ənənəvi banklar kimi uğurla fəaliyyət göstərəcəyini gözləyirik. Ümid edirik ki, rəqəmsal banklar həm fiziki, həm də hüquqi şəxslərə göstərilən maliyyə xidmətlərinin keyfiyyətini artıracaq", - deyə Sinqapur Mərkəzi Bankının rəsmisi Ravi Menon bildirib.

Rəqəmsal banklar da ənənəvi banklar kimi müştərilərinə depozit yerləşdirmək, kredit götürmək, hesab açmaq, bank kartı əldə etmək imkanları yaradacaq. Amma onların müştəri xidmətləri ofisləri olmayacaq.


Mənbə: report.az