Sığorta şirkətləri "Binə" və "Sədərək"də obyektləri sığortalamaq istəmir - EKSPERT

  • 8 Oktyabr, 2019 14:38
Sığorta şirkətləri

"Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır".

"Finans.az" xəbər verir ki, bunu sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib. Ekspertin sözlərinə görə, daşınar əmlakın sığortası könüllü olduğundan burada məsələ bir qədər fərqli olur: "Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır. Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib ona görə risk hesablamalı və qiymət deməlidir. Binə bazarında isə şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir".

Daşınmaz əmlakın sığortası ilə bağlı isə ekspert bildirib ki, əvvəllər bir sığorta şirkəti heç olmasa daşınmaz əmlakları icbari sığortalayırdı: "Sonradan o şirkət də Binə, Sədərək və s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindi".

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov

Məsələnin həll yolu rəhbərliyin Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciəti ilə ola bilər. Çünki həmin ərazinin dövlət sənədi olduğundan sığorta şirkətləri icbari sığortadan imtina edə bilməz. Digər tərəfdən FHN də orada yanğın təhlükəsizliyini daha gücləndirməlidir.​