Sığorta şirkəti 6 nümayəndəliyini bağlayıb

  • 19 İyul, 2019 17:27
Sığorta şirkəti 6 nümayəndəliyini bağlayıb

"Günay Sığorta" ASC 2018-ci il ərzində 6 nümayəndəliyini ləğv edib.

"Finans.az" xəbər verir ki, bunlar şirkətin Xudat, Yevlax, Sumqayıt, Sabirabad, Quba və Mingəçevir nümayəndəlikləri olub.

Qeyd edək ki, şirkət ləğv olunanlar arasında yer alan Mingəçevir nümayəndəliyini elə 2018-ci ilin birinci yarısında yaratmışdı.