"Shell" hasilat xərcələrini kəskin azaldır

  • 21 Sentyabr, 2020 10:47

Böyük Britaniya və Niderlandın “Royal Dutch Shell” müştərək neft-qaz şirkəti hasilatla bağlı xərclərini 40% azaltmağı planlaşdırır.

“Finans.az”ın məlumatına görə, xərclərin azalması şirkətin vəsaitə qənaətə etməklə bərpa olunan enerji bazarına yönəlməsini və keçidini təmin etmək strategiyası ilə bağlıdır. Bundan əlavə, "Shell"in BP və "Total" kimi nəhəng şirkətlərlə sərt rəqabətdə olması biznesin şaxələndirməsini prioritet məsələyə çevirir. Mənbəyə görə, qənaət əsasən əməliyyat və kapital xərclərinin azalması hesabına gerçəkləşdiriləcək.

Qeyd edək ki, ötən il "Shell"in əməliyyat xərcləri 38 mlrd. ABŞ dolları, kapital xərcləri isə 24 mlrd. dollar təşkil edib.


Mənbə: apa.az