“Shell” birinci yarımildə böyük məbləğdə - ZƏRƏR EDİB

  • 30 İyul, 2020 14:25
“Shell” birinci yarımildə böyük məbləğdə - ZƏRƏR EDİB

İngiltərə-Niderland şirkəti olan “Shell” cari ilin ilk yarısını 18,155 milyard ABŞ dolları həcmində zərərlə başa vurub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət ötən ilin analoji dövrünü 8,999 milyard dollar mənfəətlə bitirib.

Qeyd edilir ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində şirkətin gəlirləri 93,45 milyard dollar olub. Bu, 2019-cu ilin eyni dövrünün nəticəsindən 47,3% azdır. İkinci rübdə gəlirlər ötən ilə nisbətən 2,8 dəfə azalıb.

Xatırladaq ki, “Royal Dutch Shell” konserni dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən energetika və neft-kimya şirkətlərini birləşdirir. “Shell”in səhmlərinin 44,1%-nə “Nederland Centraal Instituut Voor Giraal Effectenverkeer BV” nəzarət edir.