Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək

  • 28 dekabr, 2021 13:02
Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək

Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək.

Bu barədə “Finans.az”a nazirlikdən bildirilib.

Qeyd edilir ki, dekabrın 29-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanacaq.

İmzalanma mərasimi onlayn formatda baş tutacaq.