Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

  • 6 iyul, 2021 15:11
Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə "Arab Light" markalı neftinin qiymətini artırıb.

“Finans.az” xəbər verir ki, "Arab Light" markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 2,7 dollar təşkil edir (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).

Qeyd olunur ki, analitiklər qiymətin 0,65 dollar artacağını proqnozlaşdırırdı.


Mənbə: apa.az