Sərnişinlərin "Bakmil" stansiyasından məhdudiyyətsiz istifadə edəcəyi tarix açıqlanıb

  • 8 Noyabr, 2018 17:43
Sərnişinlərin

Dekabrın 1-nə qədər “Bakmil” stansiyasında təmir işləri başa çatdırılacaq.

“Finans.az” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov açıqlaması zamanı bildirib.

Qeyd edək ki, bu ilin avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilmirlər.