"Şərabların 85%-i Rusiyaya ixrac olunur, bu, qorxulu rəqəmdir" - AÇIQLAMA

  • 25 İyun, 2019 15:35

"Azərbaycan istehsalı olan şərabların 85%-i Rusiyaya ixrac olunur, bu isə qorxulu rəqəmdir".

"Finans.az" xəbər verir ki, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

"Ötən il Rusiyaya 5 milyon şüşə şərab satılıb. Qonşu ölkənin bazarından bu qədər asılılıq narahatlıq doğurur. Son 2 ildə bu asılılığın aradan qaldırılması istiqamətində işlər aparılıb. Bir sıra ölkələrdə ticarət və şərab evləri açılıb. Bir sözlə, şərab ixracında coğrafiyamızı genişləndirmək və Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik”, - o qeyd edib.


Mənbə: report.az