Sentyabrda ən çox satınalma edən dövlət qurumları və bundan qazanan şirkətlər - ARAŞDIRMA

  • 7 Noyabr, 2018 17:02
Sentyabrda ən çox satınalma edən dövlət qurumları və bundan qazanan şirkətlər - ARAŞDIRMA

Cari ilin sentyabr ayında dövlət qurumları tender yolu ilə 122,8 milyon manatlıq satınalmalar həyata keçiriblər.

“Finans.az” tərəfindən dövlət satınalmaları reyestr məlumatlarının tədqiqi göstərir ki, hesabat ayında cəmi 288 satınalma müqaviləsi imzalanıb.

Sentyabrda həyata keçirilən satınalmaların cəmi həcminin 48,1%-i təkcə “Azərişıq” ASC-nin payına düşüb. Aşağıdakı cədvəldə hesabat ayında 10 ən çox büdcə vəsaiti xərcləyən qurumun satınalmaları haqda ətraflı məlumat göstərilib.



Dövlət qurumunun adı



Tenderlərin sayı



Satınalmaların cəmi dəyəri AZN



Sentyabr ayı üzrə cəmi satınalmaların həcmindəki payı

Azərişıq ASC

9

59 080 956

48,1%

Fövqəladə Hallar Nazirliyi

5

14 376 005

11,6%

Protez-Ortopedik Bərpa Mərkəzi

7

6 535 223

5,3%

Bakı Nəqliyyat Agentliyi

5

6 279 141

5,1%

Yaşıllaşdırma və Landşaft Quruluşu ASC

1

4 451 319

3,7%

Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi

2

3 652 017

3,%

Bakı Telefon Rabitəsi MMC

5

3 274 492

2,7%

Dövlət Sosial Müdafiə Fondu

6

3 211 784

2,6%

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2

3 136 945

2,5%

TOPLAM

42

103 997 882

84,60%

Hesabat ayında baş tutan 17 tenderdə qalib olmuş 10 şirkət ilə toplam olaraq 92,81 mln. manat dəyərində satınalma müqavilələri imzalanıb. Daha ətraflı aşağıdakı cədvəldə:



Şirkətin adı



Tenderlərin sayı



Satınalmaların cəmi dəyəri AZN



Sentyabr ayı üzrə cəmi satınalmaların həcmindəki payı

Gatdigital MMC

4

28 711 397

23,4%

Tikinti-Təmir-Təchizat-Bərpa QSC

1

15 644 886

12,7%

Magirus Gmbh şirkəti

1

14 241 154

11,6%

Azərelektrikşəbəkətikinti ASC

1

8 445 964

6,8%

Caspian Sell MMC

2

6 247 754

5%

Yol Xətt MMC

2

6 245 674

5%

Caspian-STR MMC

1

4 451 319

3,7%

Novo Nordisk Health Care A/S

1

3 195 737

2,6%

Ottobock Se &Co;.KGA Şirkəti

1

3 056 435

2,5%

Lotus Co MMC

3

2 943 032

2,4

TOPLAM

17

93 183 352

75,70%