Sentyabrda 3 yeni “iPhone” modeli təqdim olunacaq

  • 28 Avqust, 2018 16:13
Sentyabrda 3 yeni “iPhone” modeli təqdim olunacaq

“Apple” korporasiyası sentyabrda 3 yeni “iPhone” modelini təqdim etməyi planlaşdırır.

Finans.az xəbər verir ki, yeni qurğuların dizaynı əvvəlki modellərlə müqayisədə ciddi dəyişikliyə məruz qalmayacaq. Bu dəfə “Apple” şirkəti müxtəlif yaşayış səviyyəsinə malik alıcıları cəlb etmək və satış həcmini artırmaq üçün müxtəlif qiymət kateqoriyaları üzrə yeni “iPhone” smartfonlarını satışa çıxaracaq.

“D33” kod adlı model 6,5 düymlük OLED displey, metal çərçivəyə salınmış şüşə panel, ikiqat kamera ilə təchiz ediləcək. Yeni “iPhone” aparatında əməliyyat sistemində müxtəlif tətbiqlərdən məzmuna baxış funksiyası əlçatan olacaq.

“D32” kod adlı digər bir model “iPhone X” aparatının daha yaxşı versiyası olacaq: bu aparatın məhsuldarlığı və kamerası təkmilləşdiriləcək.

“N84” kod adlı 3-cü model isə “iPhone 8” aparatını əvəz edəcək. Qiyməti köhnə analoqundan daha ucuz olacaq yeni modeldə, həmçinin bəzi detallar dəyişdiriləcək. Məsələn, “N84” modeli 6,1 düymlük LCD displeyə malik olacaq və paslanmayan poladdan hazırlanmış korpusu isə alüminium korpusla əvəz ediləcək. Bundan başqa, yeni model müxtəlif rənglərdə əlçatan olacaq.


Mənbə: azertag.az