Sektor nəhəngi botlar və gerçək insanları ayıran startapı satın alır

  • 23 Yanvar, 2019 14:17
Sektor nəhəngi  botlar və gerçək insanları ayıran startapı satın alır

Mobil qiymətləndirmə və saxtakarlığın aradan qaldırılması üzrə sektor lideri "Adjust" kiber təhlükəsizlik və süni intellekt üzrə fəaliyyət göstərən "Unbotify" startapını satın alacağını açıqlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamalara görə tərəflər artıq razılığa gəlib.

Qeyd edək ki, Təl-Əviv mərkəzli startap veb sayt və mobil tətbiqlərdə insan davranışlarını təhlil edə biləcəyini və bununla da botlar və gerçək insanları ayıraraq rəqəmsal saxtakarlığın qarşısını ala biləcəklərini açıqlamışdı.

"Adjust"ın CEO-su Christian Henschel mövzu ilə əlaqədar açıqlamasında ""Adjust" mobil reklam saxtakarlığının qarşısını alan aparıcı şirkətlərdir və missiyamız dijital reklam sektoruna daha çox inam və şəffaflıq qazandırmaqdır. "Adjust"ın böyüklüyü və təcrübəsi ilə "Unbotify"ın bacarıqlı qrupunu birləşdirərək bu sahədə yeni nailiyyətlər əldə edəcəyik", - deyə bilirib.