Səhmləri daha 7% bahalaşarsa dəyəri 1 trilyon dolları keçəcək

  • 14 Avqust, 2018 12:11
Səhmləri daha 7% bahalaşarsa dəyəri 1 trilyon dolları keçəcək

Amazon bazar dəyəri 1 trilyon dolları keçən ikinci şikət olaraq Apple-a rəqib ola bilər. Hazırda Amazonun bazar dəyəri 940 milyard dollar təşkil edir.

Finans.az xəbər verir ki, bazar ertəsi günü 2% bahalaşma nümayiş etdirən Amazon səhmləri ən yüksək həddinə çatıb. Səhmlərinin daha 7% bahalaşması isə şirkətin bazar dəyərinin 1 trilyon dollara çatmasına səbəb ola bilər.

Pərakəndə, bulud texnolologiyası, media sahələrində fəaliyyət göstərən şirkətin PillPack tətbiqi ilə əczaçılıq bazarına da girəcəyi gözlənilir. Qeyd edək ki, şirkət səhmləri 2018-ci ildə 65% dəyər qazanıb.

Analitiklər, Amazon satışlarının bu il 32% artaraq 265 milyard dollara çatacağını və hər səhm üzrə mənfəətin 3 dəfə artacağını proqnozlaşdırır.


Mənbə: money.cnn.com