Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

  • 23 aprel, 2021 16:38
Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

"Finans.az" xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.