Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

  • 19 Mart, 2020 17:35
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

“Finans.az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik olunur.

Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilir.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.


Mənbə: report.az